Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Təqvimdə “erməni soyqırımı” abidəsinin fotosu yerləşdirilib

Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə buraxılan təqvimdə “erməni soyqırımı” abidəsinin fotosu yerləşdirilib

Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə Xarici İşlər Nazirliyi tərəfindən buraxılan təqvimdə Çanaqqala yerinə İrəvandakı “erməni soyqırımı” abidəsinin fotosu qoyulub.

Faktla bağlı Türkiyə Xarici İşlər Nazirliyi təhqiqata başlayıb və təqvimin paylanması dayandırılıb.

Qeyd edək ki, ermənilər Çanaqqala zəfərinin 100-cü ildönümünün qeyd ediləcəyi 24 aprel tarixində qondarma “soyqırım”ın 100-cü ildönümünü anmağa hazırlaşırlar.

Təqvimdə Çanaqqala zəfəri və keçirilən tədbirlərlə bağlı fotolar yer alıb. Aprel ayı bölümündə yerləşdirilən abidənin fotosu illər əvvəl İrəvanda “soyqırım”ın ildönümü zamanı çəkilib.
845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi