Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Suriya ordusunun irəliləməsi İŞİD-i titrətdi

Nur-az.com-un Fars News agentliyinə istinadlı məlumatına əsasən, Suriyanın şərqində yerləşən Deyr əz-Zur əyalətinin hərbi aeroportu uzun müddətdir ki, terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) və Suriya ordusu arasında qarşıdurma meydanına çevrilib. İŞİD bir aydan çoxdur ki, bu aeroportu ələ keçirməyə çalışır.

İŞİD-in bütün cəhdləri polkovnik İsam Zəhruddinin komandanlığı altında döyüşən Suriya ordusu tərəfindən məğlubiyyətlə nəticələnib. Qarşıdurmalarda bu vaxta qədər yüzlərlə terrorçu öldürülüb. Yüzlərlə terrorçu isə şiddətli döyüşlərdə meydandan qaçdığı üçün Riqqədə İŞİD tərəfindən edam edilib.
Son günlərdə Suriya ordusu İŞİD terrorçularını bir kilometr də geri çəkilməyə məcbur edib.
Deyr əz-Zurdakı döyüşlərin şiddəti o qədər olub ki, İŞİD özü də bunu etiraf edib.

Deyr əz-Zur əyalətinin müxtəlif bölgələrindən verilən məlumatlara əsasən, Suriya ordusu hər bir məntəqədə irəliləməkdədir. Bura əl-Muhsin şəhəri, əl-Bulil və Tabiyə Şamiyə rayonu daxildir.
Suriya ordusu xalq qüvvələri, könüllülər və komando qüvvələrilə birgə əl-Muhsin şəhərini tam mühasirəyə alıb.

Əgər Suriya ordusu bu şəhərdə müvəffəqiyyət əldə etsə, Suriyanın şərq meydanında böyük nailiyyət əldə edəcək. Çünki bu şəhər İŞİD-in Deyr əz-Zur əyalətində mühüm və əsas bazası sayılır.
857 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19