Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Hizbullah SEPAH Təşkilatının şagirdidir!

Hizbullahın daimi nümayəndəsi: Hizbullah Sepah Təşkilatının şagirdidir!

Nur-az.com-un farsnews.com-a istinadən:
Cümə günü İranın Nazirlər Kabinetinin böyük akt zalında Qüneytirədə şəhid olanların xatirəsinə həsr edilən mərasimdə iştirak edən Hizbullahın İranda daimi nümayəndəsi Abdullah Səfiyəddin bildirib ki, İmam Xomeyninin buyurduğu kimi, bizim nəyimiz varsa İmam Hüseyndəndir və biz də Livanda bu şüara söykənərək hər bir müvəffəqiyyətimizi SEPAH-ın sayəsində görür və Hizbullah onun şagirdi olub və qalacaq.
O, deyib ki, İslam aləmində şiənin timsalı sayılan bu iki dövlət və xalq arasında SEPAH-ın mövqeyi və qiyməti layiqincə nəzərə alınmalıdır.

Cənab Səfiyəddin Cihad Muğniyənin şəhadəti ilə əlaqədar bildirib ki, atası İmad Muğniyə də on iki yaşından məscidin mənəvi fəzasında boy atıb və onun bütün müvəffəqiyyətləri üç şəhid verən anasının zəhməti sayəsindədir. Anası onu uşaqlıq dövründən Quran maarifi altında tərbiyələndirib. O, 16 yaşından Fələstin mübarizlərinə qoşulub və 18 yaşında bir təcrübəli şəxs kimi, Livanın cənubunda kommunist təfəkkür tərzli qrupların fəaliyyətinə son qoymaqla onların mübarizə üsullarından Livanın “Bəəs” partiyasının əleyhinə istifadə edə bilib.

O, deyib ki, İmadın Livanda hətta prezidentin belə çəkindiyi “Bəəs” partiyasına qarşı qətiyyəti onun əfkarından doğur. O, həyatda yalnız cihad haqqında düşünürdü və ömrü əvvəldən axıra qədər mübarizə və cihad meydanında keçib.

Cənab Səfiyəddin onun gözlərdən gizli 25 illik cihadla keçən ömrünü nəzərə alaraq deyib ki, bu mübarizə hissi bütövlükdə İslam dünyasının və xüsusi olaraq şiə aləminin tələbidir. Cavan nəslin hər hansı müvəffəqiyyəti bu istiqamətdə götürəcəyi addımdan asılıdır.
882 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber