Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Şimali Koreya lideri Obamanı təhqir etdi

Şimali Koreya lideri Kim Çen In Barak Obamaya sərt cavab verib.

Kim Çen In ABŞ prezidentinin Pxenyan rejiminin çökəcəyi ilə bağlı şərhinə qəzəblənib.

Kim Obamanı itə bənzədib və hürən quduz itlərə qarşı tədbir görəcəklərini söyləyib. Şimali Koreya lideri ABŞ prezidentinə meydan oxuyub:

"Şimali Koreya hərbi və nüvə silahları ilə hər cür döyüşə hazırdır. Hürən quduz itlərə qarşı boş oturub gözləməyəcəyik. Mübarizəyə hazırıq".

Qeyd edək ki, Obama ötən həftə Ağ Evdə açıqlama verərək Şimali Koreya rejiminin çökəcəyini və yer üzündən təcrid ediləcəyini bildirmişdi.
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber