Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2015

Kənd məktəblərində biabırçı vəziyyət

İqtisadçı-ekspert Rövşən Ağayev təhsil müəssisələri ilə bağlı araşdırma aparıb.

Bu barədə R.Ağayev özü məlumat yayıb.

İqtisadçının sözlərinə görə, əyalətdə 3500 məktəb var. Kəndlərdə qızların təhsildən yayınması, 11-ci sinfi bitirənlərin azlığı diqqət çəkir. 11-ci sinif şagirdlərinin imtahanlarda göstərdiyi nəticənin az olması da diqqətdən yayınmır: “Hələlik 10-a yaxın kənd məktəbinin nəticələrini təhlil etmişik. Onlardan 3-nün vəziyyəti acınacaqlıdır. Məsələn, məktəblərin 3-nü 2012-ci ildə 9 nəfər bitirib, onlardan cəmi 3 nəfəri təhsilini davam etdirərək 2014-cü ildə 11-ci sinfi bitirib. Bu 3 nəfərin hamısı buraxılış imtahanlarından ən azı birindən kəsilib.

Digər məktəbi 2012-ci ildə 4 nəfər bitirib, onlardan heç biri buraxılış imtahanlarını müvəffəqiyyətlə başa vura bilməyib. Görünür, təkrar imtahan veriblər deyə 2014-cü ildə həmin kənddə 4 nəfərin 11-ci sinfi bitirdiyi məlum olur. Amma bu 4 nəfərin hamısı buraxılış imtahanlarının ən azı birindən yenə də kəsilib”.

R.Ağayev deyib ki, digər kənddə 5 nəfər 9-cu sinifi bitirib, onların hamısı oğlandır. Belə çıxır ki, həmin kənddə 11 illik təhsil bir yana, qızlara heç 9 illik təhsil almağa da şərait yaratmırlar.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda yaşayan xalqlardan biri qrızların yaşadığı Qrız kəndində məktəbin vəziyyətini əks etdirən foto yayılıb. Həmin fotoda məktəbin təmirsiz, sinif kimi istifadəyə yararsız olduğu göstərilir./virtualaz/
950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı