Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2015

Gəncə sakini asılmış vəziyyətdə tapılıb

Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər fərdi yaşayış evinin hasarından həyətə daxil olub və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlü Arzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyitini aşkarlayıblar.

Xilasedicilər A.Məmmədovun asılmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.
845 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP