Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2015

Mühafizəçilər Qaxda da etiraza qalxdı

Mühafizə şirkətinin aldatdığı daha 150 nəfər aksiya keçirib.

Ölkənin müxtəlif bölgələrində “Azərmühafizə” MMC rəhbərliyinin aldatdığı mühafizəçilər etirazlara başlayıb.

Qaxa qədər Şabran, Tərtər, Quba, Qazax, Salyan və başqa regionlarda pulları mənimsənilən işçilər ayağa qalxıb. Onlar depozit kimi qoyduğu pullarını və əmək haqlarını tələb edir. Şirkət rəhbəri Vüqar Hüseynov həbs edilsə də, mühafizəçilərin pulu hələ ödənilməyib.

Ans isə Qaxda aksiyaçıların etirazını işıqlandırıb.

Qurumun ofisinin qarşısına toplaşan sakinlər bildiriblər ki, 2014-cü ilin yanvar ayından fəaliyyətə başlayan şirkət işlə təmin etmək adı ilə sakinləri adladaraq onların böyük məbləğdə pullarını mənimsəyiblər.

“Mən işə girmək üçün 2 min manat pul vermişəm. 500 manat sığorta haqqı, 1500 manat da depozit. Bundan əlavə 200 manat da təhsil haqqı ödəmişəm. Elə insanlar var ki, onardan 750-1000 manat məbləğındə sığorta haqqı alıblar”, - deyə şikayətçi Mübariz Əliyev bildirib.


Aldadılanlar arasında hətta zərif cinsin nümayəndələri də olub. “Azərmühafizə”nin yerli idarəsində qadınlara ofis işlərinin veriləcəyini əmin edərək onların da minlərlə manat vəsaiti mənimsənilib.

Aksiya iştirakçıları rayon polis şöbəsinin qarşısına toplaşıb. Onları qəbul edən polis şöbəsinin rəisi isə bununla bağlı cinayət işi açıldığını və araşdırma aparıldığını bildirib.
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber