Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2015

Müsəlman futbolçulara oruc qadağası

Almaniya Futbol Klubları Birliyinin (DFL) keçən il Bundesliqada oynayan müsəlman futbolçuların oruc tutmasını qadağan etməyə çalışdığı iddia edilib.

"Spiegel" jurnalında yer alan xəbərə görə, DFL keçən il aprel ayında futbolçuların əməl etməsini istədiyi qaydalardan ibarət 29 səhifəlik bir saziş layihəsi hazırlayıb.

Sazişin səhiyyə və xəstəliklə bağlı bölümündə yer alan bir maddəsində “sağlam və formada olması məqsədilə dini borcunu yerinə yetirmək və bənzəri hallarda futbolçulardan fiziki və zehni ehtiyaclarına üstünlük verməsinin” tələb olunduğu irəli sürülüb. Həmin maddənin Ramazan ayında futbolçuların oruc tutmasının qarşısının alınması məqsədi güddüyü bildirilib.

Mövzu haqqında açıqlama verən VDV rəhbəri Ulf Baranovski, belə bir maddənin konstitusiyada yer alan din azadlığına zidd olduğunu və Bundesliqanın beynəlxalq bazar dəyərinə mənfi təsir edə biləcəyini vurğulayıb.

Bundesliqa və ikinci liqada forma geyinən müsəlman futbolçuların oruc tutması, Almaniyada hər il Ramazan ayında mübahisələrə yol açır. İkinci Liqa komandalarından FSV Frankfurt 2009-cu ildə Ramazan ayında oruc tutduqları səbəbindən 3 oyunçusunı məzəmmət etmişdi./modern/
1006 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30