Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2015

Ukrayna ordusu ağır itkilər verir

Ukraynanın şərq vilayəti Donetskdə hökumət qüvvələri ağır itkilər verməkdə davam edir.

Ötən gün ruspərəst üsyançıların Debaltsevo şəhərinə hücumları zamanı azı 15 əsgər ölüb. Ukraynanın müdafiə nazirliyi çoxlu sayda əsgərin öldürülməsini Donbas regionda başlayan münaqişələr zamanı indiyə qədər baş verən ən ağır itki adlandırıb.

Özlərini Donetsk Xalq Respublikası elan edən qrup rəhbərliyi, eyni zamanda, Uqleqorsk şəhərini də ələ keçirdiklərini bildiriblər.

Əməliyyatlar zamanı üsyançılar ağır artilleriyadan istifadə ediblər. Bir neçə bina, həmçinin, qaçqınlara humanitar yardım göstərən məntəqə mərmilərin hədəfinə tuş gəlib, nəticədə azı 2 mülki vətəndaş ölüb.

Rəsmi Kiyev və NATO rəhbərliyi üsyançılara açıq şəkildə Rusiyanın xüsusi təyinatlı dəstələri tərəfindən dəstək olduğunu vurğulayır.
865 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP