Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Bakıda taksi sürücüsünü bıçaqlayıb maşınını qaçırdılar

Bakının Sabunçu rayonunda taksi sürücüsünün bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib. Məlumata görə, öz şəxsi avtomobili ilə taksi fəaliyyəti gösərən 30 yaşlı Mürsəliyev Ramil Eldeniz rayonun Ramana qəsəbəsi ərazisində müştərisi tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən bir bıçaq zərbəsi alan yaralı 3 saylı şəhər xəstəxanasına aparılıb. Cərrahi müdaxilə ilə həyati təhlükəsi sövuşan Ramil Mürsəliyev, daha sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Zərərçəkmiş reanimasiyaya girmədən öncə hadisə barədə polisə bəzi məlumatlar verib. Sürücü şəhərdən Ramana qəsəbəsinə apardığı müştərisi ilə maşında mübahisə etdiyini bildirib. Onun deməsinə görə, qəsəbənin daxilində böyüyən mübahisənin pik nöqtəsi orta məktəbin həndəvərində yekunlaşıb.

Belə ki, Ramil müştərisi tərəfindən bıçaqlandıqdan sonra, maşınından da olub. Həmin naməlum müştəri zərərçəkəni yaralı halda maşından yerə atıb və onun avtomobilinə minərək ərazidən yayınıb./ans/
751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber