Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Ukrayna ordusu ağır itki verdi

Ukraynanın şərq vilayəti Donetskdə hökumət qüvvələri ağır itkilər verməkdə davam edir. Ruspərəst üsyançıların Debaltsevo şəhərinə hücumları zamanı azı 15 əsgər ölüb. Ukraynanın Müdafiə Nazirliyi çoxlu sayda əsgərin öldürülməsini Donbas regionda başlayan münaqişələr zamanı indiyə qədər baş verən ən ağır itki adlandırıb. Özlərini “Donetsk Xalq Respublikası” elan edən qrup rəhbərliyi, eyni zamanda, Uqleqorsk şəhərini də ələ keçirdiklərini söyləyib.

Əməliyyatlar zamanı üsyançılar ağır artilleriyadan istifadə ediblər. Bir neçə bina, həmçinin, qaçqınlara humanitar yardım göstərən məntəqə mərmilərin hədəfinə tuş gəlib. Nəticədə azı 2 mülki vətəndaş ölüb. Rəsmi Kiyev və NATO rəhbərliyi üsyançılara açıq şəkildə Rusiyanın xüsusi təyinatlılarını dəstək olduğunu vurğulayır.

Debaltsevo əhalisi isə silahlı zorakılıqlarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Ölkənin Baş naziri Arseni Yatsenyuk artıq minə yaxın insanın şəhərdən təxliyə olunduğunu deyib.

Münaqişənin həllinə dair danışıqlar aparan təmas qrupunun növbəti iclası da uğursuzluqla nəticələnib.

Üsyançıların nümayəndələri Donbasda yaşanan silahlı qarşıdurmaların səbəbini Ukrayna ordusunda görüb./ans/
778 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber