Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Kadırov efirdə Dudayevi söydü: Çeçenlər ayağa qalxdı

Rusiyanın dövlət telekanalına müsahibə verən Çeçenistan prezidenti Ramzan Kadırov çeçenlərin Putindən sonra ən nüfuzlu insan onu hesab etdiklərini açıqlayıb.

Kadırov haqqında veriliş təqdim edən rus televiziya kanalı Kremlin çox yaxşı bir seçim etdiyini və Kadırovun Rusiyaya sədaqətli olduğunu deyib.

Telekanala müsahibəsində Kadırov 1-ci çeçen-rus müharibəsi zamanı çeçenlərin lideri olan və Çeçenistanın müstəqilliyini elan edən mərhum Cövhər Dudayev haqqında alçaldıcı ifadələr işlədib. Kadırov eyni zamanda, Şamil Basayev və Məshədov haqqında da təhqiramiz ifadələr işlədib.

Proqramda Putinin çeçen xalqını xilas etdiyini söyləyən Kadirov Rusiya üçün hər yerdə ölməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Kadırov bu açıqlamaları ilə dünyanın dörd bir yanında yaşayan çeçenləri qəzəbləndirib. Çeçenlər sosial media hesablarından Kadırovun bu açıqlamalarına görə ölümə hazırlaşmağı tövsiyyə ediblər.
822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP