Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Husi inqilabçıları ölkə qüvvələrinə 3 gün vaxt verib

Yəməndə husi inqilabçıları prezident və hökumətin istefasından sonra yaranan siyasi boşluq və gərginliyin aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrinə üç gün vaxt verib.

İnterAz-ın "Əlcəzirə"-yə istinadla verdiyi xəbərə görə, husi inqilabçıları siyasi qüvvələrin addım atmayacaqları təqdirdə, lazımi tədbirlər görüləcəyini bəyan ediblər. Husi inqilabçılarının bəyanatında hansı tədbirlərin görüləcəyi qeyd edilməyib.

Qeyd edək ki, Yəmən paytaxtında siyasi qüvvələrin iştirakı ilə rəyasət şurasının yaradılması məqsədilə danışıqlar keçirilirdi. Lakin, bəzi qüvvələrin bu danışıqları tərk etməsi ilə müzakirələr nəticəsiz qalıb.

Xatırladaq ki, Husi inqilabçıları ötən ilin sentyabrında Yəmən paytaxtını tutublar. İki həftə öncə onların prezident aparatını tutmasından sonra, ölkə başçısı və hökumət istefa verib.
784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...