Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

"WhatsApp" səsli zənglərin sınağına başlayıb

"Macdigger.ru"nun verdiyi xəbərə görə, "Reddit" saytının istifadəçisi yenilənən tətbiqetmənin interfeysinin təsvirini internetə yerləşdirib.

Onun sözlərinə əsasən, hazırda "WhatsApp"dan "Android 5.0"lı (və daha yüksək) "Nexus 5" sahibləri zəng edə bilirlər.

Skrinşotlardan birində "Calls" əlavəetməsi var. Ona zənglər üçün seçilən kontaktları əlavə etmək olar. Digər skrinşotda isə bilavasitə güclü əlaqənin işə salınmağı, mikrofonun söndürülməyi və mətn ismarıcının yollanılmağı üçün çağırış düyməsi var.

Məşhurluğuna baxmayaraq, adıçəkilən messencerə yenilik tələb olunur. Hələ təxminən bir il əvvəl "WhatsApp" rəhbəri Yan Koum messencerin 2014-cü ilin ikinci rübündə səsli zəng imkanı əldə edəcəyini bildirmişdi, lakin bu, baş vermədi. Bu yaxınlarda məlum olub ki, bu funksiya tətbiqetmədə bu ilin birinci rübündə yaradılmalıdır.

Dünyanın ən məşhur messenceri olan "WhatsApp" "iOS", "Android", "Symbian" əməliyyat sistemli smartfonlarda, o cümlədən "BlackBerry" və "Nokia" telefonlarında işləyir.

Xidmətin hələlik "Windows", OS X və ya "Linux" qismində stasionar əməliyyat sistemi üçün rəsmi müştəriləri yoxdur, lakin artıq "Android" istifadəçiləri veb versiyadan istifadə edə bilirlər./SalamNews/
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber