Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Maduro ABŞ-ı ittiham etdi

Venesuela prezidenti Maduro yenidən ABŞ rəhbərliyini ölkəsinin suverenliyinə qəsd etməkdə günahlandırıb.

O, eyni zamanda, vurğulayıb ki, ölkə ordusu istənilən müdaxilənin qarşısını qətiyyətlə almağa qadırdir.

Ölkənin silahlı qüvvələrinin kifayət qədər qüdrətli olduğunu prezident hərbçiləri vəziyyətin istənilən inkişafına maksimum hazır olmağa çağırıb.

Nikolas Maduro Moros qeyd edib ki, “Şimal İmperiyası”nın (ABŞ nəzərdə tutulur) ölkəsində çevriliş hazırlaması barədə məlumatlıdır və belə cəhdlər istənilən halda uğursuzluğa düçar olacaq.

Bu baxımdan, Venesuela prezidenti Nikolas Maduronun konkret ittiham hədəfi ABŞ-ın vitse-prezidenti Co Bayden olub. Maduro Ağ Evin rəsmisini hazırlanan çevriliş planına rəhbərlik etməkdə günahlandırıb:

"Şimalda imperiya hakimiyyəti ümidsizliyin təhlükəli mərhələsinə daxil olub. Onlar (ABŞ) artıq qitə hökumətləriylə danışıblar. Məqsədləri mənim hökumətimin devirilməsini elan etməkdir. Buna görə mən vitse-prezident Co Baydeni ittiham edirəm".
972 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
Go to TOP