Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Azərbaycanda namus üstdə qanlı dava: ölən var

Bu gecə Bakıda qətl törədilib. Maştağa qəsəbəsi, Xanlar küçəsindən 25-30 yaşlı kişi çoxsaylı bıçaq zərbələri ilə öldürülüb. Onun meyiti 3 saylı şəhər klinik xəstəxanasının morquna gətirilib.

Aparılmış araşdırmalardan sonra qətlə yetirilən şəxsin 1986-ci il təvəllüdlü N.Ə olması müəyyən edilib. Bəlli olub ki, onu Maştağa sakini, əvvəllər məhkum edilmiş, 1966-cı il təvəllüdlü E.M qətlə yetirib.

Bildirilir ki, E.M-in qardaşı bir müddət əvvəl vəfat edib. Bundan sonra N.Ə onun vəfat etmiş qardaşının dul qalmış həyat yoldaşı ilə münasibət qurmağa çalışıb. Məsələdən xəbər tutan E.M qardaşının namusunu qorumaq üçün 29 yaşlı gənci öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. araşdırmalar davam etdirilir./lentaz/
922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber