Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

İranın eks-prezidenti özünə sayt açdı

İranın sabiq prezidenti Mahmud Əhmədinejad öz adını daşıyan internet saytı açıb.

Əhmədinejad bir qrup jurnalistə verdiyi açıqlamada prezident olduğu dövrdə istifadə olunan, lakin bir müddət bağlı qalan internet səhifəsini yenidən aktiv etdiyini deyib.

Bildirək ki, İranın 6-cı prezidenti sosial şəbəkələrdə, əsasən İnstaqram və Quql Plus-da rəsmi səhifələr yaradıb.
Xatırladaq ki, bəzi ekspertlər Əhmədinejadın bu addımını onun yenidən siyasətə qayıtmaq istəyi ilə əlaqələndirir. Onun 2016-cı ildə keçirilən parlament seçkilərinə qatılacağı istisna olunmur.
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber