Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Zabit tapançayla əsgəri güllələdi – Tovuzda

Tovuz rayonu ərazisində əsgər başından güllələnib.

Tovuzda yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarıverdiyev Çingiz Aydın oğlu komandiri tərəfindən başından tapança ilə güllələnib. Yaralı dərhal Gəncə şəhərindəki hərbi hospitala aparılıb. Əsgərin baş nahiyəsindən güllə yarası aldığı üçün 3 gündü komada olduğu bildirilir.

Əsgərin valideyni Tarverdiyev Aydın Hüsü öğlunun azerinews.tv- yə verdiyi məlumatda isə, övladının vəziyyəti ağır olmağına baxmayaraq hələ də heç bir tədbir görülmədiyi iddia edilir. Onun dediyinə görə, hadisə şəxsi zəmində baş verdiyi üçün gizlədilir. Elə bu səbəbdən də əsgər baxımsız vəziyyətdə 3 gündü komadadı. Əsgərin valideyni Tarverdiyev Aydın Hüsü öğlu hərbi prokurorluğa və MN-nə şikayət etdiyini, hələ də heç bir tədbir görülmədiyini də bildirir. O, əməkdaşlarımızla əlaqə yaradaraq, övladının hansı səbəbdən və kimlər tərəfində güllələnməsinin ciddi şəkildə araşdırılması tələbilə prezidentə müraiət edəcəyini və bütün media mənsublarından kömək istədiyini deyib.

Onu da bildirək ki, güllələnən əsgər Tarverdiyev Çingiz Aydın oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad şöbəsindən hərbi xidmətə çağırılıb.../aznyus/
852 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:16