Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

"Rektor deputatların mandatları ləğv olunmalıdır"

Millət vəkili İlyas İsmayılov bu tələblə konstitusiya məhkəməsinə müraciət edib

Milli Məclisdə millət vəkili İlyas İsmayılovun deputat rektorlarının mandatlarının ləğv edilməsi ilə bağlı çıxışı son günlər mediada ən çox müzakirə olunan mövzulardandır. Mİllət vəkilinin parlamentdə təmsil olunan rektor deputatların səlahiyyətlərinin azaldılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətinə qurumdan hələ də cavab gəlməyib. Ədalət Partiyasının sədri ədalət axtarışına çıxıb və o hesab edir ki, icra strukturlarında çalışan deputatlar mandatdan məhrum edilməlidirlər. Partiya sədri Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsini əsas gətirərək icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin parlamentdə oturmağa haqqı çatmadığını bildirib.

İlyas İsmayılov xüsusilə həm deputat, həm də rektor çalışmağın yolverilməzliyini vurğulayıb. Ali təhsil ocaqları üçün Nazirlər Kabinetinin Nümunəvi Nizamnaməsinə istinad edən millət vəkili diqqəti sənəddəki rektor əvəzçiliklə təyin oluna bilməz normasına yönəldib. Başqa sözlə, onun fikrincə, ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəailyyət növüdür və o, başqa dövlət, qeyri dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz. Eynilə millət vəkili kimi.

Xatırladaq ki, bu gün Mİlli Məclisdə azı 10-a yaxın rektor millət vəkili var. Bunlar, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrrəmli, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Müəllimlər Universitetinin rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev, Odlar Universitetinin rektoru Əhməd Vəliyevdir.

Adı çəkilən şəxslərdən bir neçəsi İlyas İsmayılovun müraciətinə münasibət bildirib. Məsələn, Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı bildirib ki, rektorların mandat daşımasında heç bir qanun pozuntusu yoxdur. Əks halda, 10 rektor mandat ala bilməzdi. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə İlyas İsmayılovu ağlına gələni danışmaqda günahlandırıb. İlyas İsmayılov da öz növbəsində kolleqaların qanunları oxumağa dəvət edib./ans/
1864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı