Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

Masallının icra başçısı camaatı hədələdi — Həbs xəbərdarlığı

Masallıda son bələdiyyə seçkilərində yaşanan sakandallar, icra başçısı Rafil Hüseynovun seçki prosesinə müdaxiləsini təsdiqləyən faktların üzə çıxması, saysız-hesabsız saxtakarlıqların üzə çıxması bir Seçki Dairəsinin ləğv edilməsinə gətirib çıxardı. Lakin bütün bunlara baxmayaraq, icra başçısı hələ də ənənəsinə sadiq qalaraq bunları etiraf edə bilmir. Əksinə, son günlər bu məsələdə açıq hədə yolunu seçib.

Ötən həftə Ərkivan qəsəbəsində hesabat yığıncağı keçirilərkən skandal yaşanıb. Belə ki, həmin hesabat yığıncağında qəsəbənin «sürətlə inkişaf etdiyi», son bələdiyyə seçkilərinin «ədalətli və təmiz» keçirildiyi vurğulanıb. Və mərəkə də bundan sonra qopub.

Məlumatda deyilir ki, çıxış üçün söz alan qəsəbə sakini Afər Cahangirov deyilənləri yalan adlandırıb. O, qəsəbənin 3 məhəlləsində sakinlərin vəsaiti hesabına görülən abadlıq işlərinə şəxsən başçılıq etdiyini və bu işlərin Ərkivan qəsəbə inzibati ərazi dairəsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Daha sonra çıxış edən qəsəbə sakini İldırım Nəzərov isə bələdiyyə seçkiləri zamanı Ərkivanda baş vermiş qanun pozuntularında danışıb. Bu qanun pozuntularını əks etdirən video görüntüləri mətbuatda ictimailəşdirdiklərini və adiyatı qurumlara şikayyət etdiklərini bildirib. Şikayətlər əsasında Ərkivan qəsəbəsində bir seçki məntəqəsinin ləğv edildiyini nəzərə çatdırıb.

Masallının icra başçısı Rafil Hüseynov da yığıncaqda iştirak edirmiş və o da çıxış edib. Və ənənəsinə sadiq qalaraq, tənqidə dözümsüzlük nümayiş etdirməklə yanaşı, həm də həbslərin anonsunu verib. Məlumata görə, Rafil Hüseynov çıxışı zamanı bəyan edib ki, seçki saxtakarlığını əks etdirən video görüntülər montaj edilib. Və bunların həqiqəti əks etdirmədiyini vurğulayıb. Yekunda isə bəyan edib ki, bu çəkilişləri mətbuata ötürənləri həbs etdirməklə cəzalandırılacaq.

Qeyd edək ki, Masallı cənub bölgəsində ən həssas rayonlardan biri sayılır. İcra başçısı Rafil Hüseynovun yarıtmaz fəaliyyətinin nəticəsi olaraq rayonda dəfələrlə etiraz aksiyaları keçirilib. Əhalinin narazılığı isə pik həddədir və yerli müşahidəçilər iddia edirlər ki, proseslər hər an nəzarətdən çıxa bilər. Çünki icra başçısı və ətrafındakılar insanları artıq çörəklə imtahana çəkməyə başlayıblar./asiya/
763 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat