Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Fevral 2015

İŞİD öz üzvlərini güllələdi — Foto

«İslam Dövləti» (İŞİD) terror təşkilatının silahlıları Suriyanın ər-Riqqa şəhəri ərazisində hökumət ordusu və müttəfiqlərə casusluqda ittiham etdikləri altı ölkə vətəndaşını güllələyiblər.

SalamNews-un Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, İŞİD edam edilən şəxslərin “əs-Səhəvat” adlı cəmiyyətin üzvü olduqlarını bildirib.

Suriyada ər-Riqqa əyaləti daxil olmaqla, qarşıdurmalar ötən gün də davam edib.

Suriya İnsan Hüquqlarını Müşahidə Qrupunun məlumatına əsasən, ordu qüvvələri Dirazzur hava limanında aylarla İŞİD-in mühasirəsində qaldıqdan sonra irəliləyib və hava limanının şimalında və şərqindəki bəzi kəndləri tutub.

Mənbə, həmçinin bildirib ki, Suriya hərbi təyyarələri son sutka ərzində Qunaytara, Dəməşqətrafı, Hələb və İdlib əyalətlərinin bəzi bölgələrinə aviazərbələr endirib.

Ordunun silahlıların əz-Zəbədani rayonu ərazisindəki mövqelərinə endirdiyi aviazərbələrin daha şiddətli olduğu bildirilir. Helikopterlər buraya partlayıcı ilə dolu 30-a yaxın çəllək atıb.

İŞİD-dən növbəti ağlasığmaz dəhşət
İŞİD-dən növbəti ağlasığmaz dəhşət

 

959 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi