Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Rusiyalı girovlara görə pul tələb edildi

Sudanın Darfur bölgəsində Rusiya vətəndaşlarını girov götürənlər onların sərbəst buraxılması üçün pul tələb ediblər.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Sudanın xarici işlər nazirliyindən bildiriblər.

Bundan əvvəl Rusiyanın Sudandakı səfirliyi iki vətəndaşının oğurlanması faktını təsdiqləmişdi.

Məlum olduğu kimi, Sudanın Mərkəzi Darfur bölgəsində iki Rusiya vətəndaşı naməlum silahlılar tərəfindən girov götürülüb. Onların BMT ilə müqavilə əsasında aviaşirkətdə işlədikləri bildirilir./apa/
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber