Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Oğlumun qanını batırmaq istəyirlər...

"Çingiz Tarverdiyev başından vurulduqdan sonra əsgərlərdən biri həmin polkovnikə "komandir heç olmazsa qolundan vuraydız” deyib”

Son iki gündə xəbər saytlarında Tovuz rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət çəkən 19 yaşlı Tarverdiyev Çingiz Aydın oğlunun komandiri tərəfindən başından tapança ilə güllələnməsi haqda xəbərlər yayıldı. Diqqət çəkən bu xəbərlə bağlı sonradan maraqlı proseslər baş verdi. Müdafiə Nazirliyinin hadisəyə rəsmi münasibət bildirməsi bir yana, xəbəri yayan bəzi informasiya portallarından məlumatın yoxa çıxması xüsusilə diqqət çəkdi. Nə baş verirdi?..

Bütün bunların ardınca isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Dərgahlının mövqeyin öyrənmək cəhdləri də uğursuz alınmışdı. Belə ki, nazirliyinin rəsmisi xəbəri nə təsdiq, nə də təkzib etmişdi. Günün sonunda dosye.az haqqında söhbət gedən əsgərin atası Tarverdiyev Aydın Hüsü öğlu ilə əlaqə saxlayaraq məsələnin təfərrüatını öyrənib. A.Tarıverdiyevin dosye.az-ın əməkdaşı ilə söhbətində oğlu əsgər Tarverdiyev Çingizin həqiqətən güllə yarası aldığını və hazırda Gəncə şəhər qospitalında koma vəziyyətində olduğunu bildirdi.

Əsgər atası dosye.az -ın əməkdaşı ilə söhbətində bildirib ki, oğlu 2014-cü il yanvar ayının 6-da Cəlilabad rayonundan hərbi xidmətə gedib: “ Çingiz ilk əvvəl Gəncə şəhərində hərbi xidmətə başlayıb. Hərbi xidmətinin ilk günlərində o soyuqlayıb və xəstələnib. Xəstə olmasına baxmayaraq oğluma heç bir tibbi yardım göstərilməyib. Bundan təsirlənən Çingiz özünə qəsd edərək, qolunun damarlarını kəsib və qospitala götürülüb.” A.Tarverdiyevin sözlərinə görə, qospitaldan sonra özünə qəsd edən Çingizin məhkəməsi olub və o 5 ay azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra əsgər Tarverdiyev xidmətini Tuvuz rayonunda N saylı hərbi hissədə davam etdirib. Xidmətə davamın bir neçə günündə əsgərə 10 günlük məzuniyyət verilib və atanın sözlərinə görə, əsgər dekabr ayının sonlarında məzuniyyətdən sonra xidmət yerinə qayıdıb.

A.Tarverdiyev bildirir ki, oğlu ilə sonuncu dəfə hadisədən bir gün öncə yanvarın 26-da danışıb: “Çingiz hər şeyin normal olduğunu bildirdi və həmişəki kimi danışdıq. Sabahısı gün isə mənə hərbi hissədən özünü polkovnik rütbəsində olan komandir kimi təqdim edən bir şəxs tərəfindən zəng gəldi. Həmin şəxs bildirdi ki, “oğlun silahı özünə dirəyib, telefonda musiqi səsləndirir və siqaret çəkir. Mən əmr gözləyirdim ki, onu vurum ama bu vaxt oğlun bizi atəşə tutdu və ətrafa toplaşan əsgərlərin ayağının altına atəş açdılar. Biz də məcbur olub cavab atəşi açdıq və atılan güllələrdən biri oğluna dəydi”. Əsgər atasının dosye.az -a bildirdiyinə görə hadisə yerində olan başqa bir şəxs ona bildirib ki, “Ç.Tarverdiyev vurulduqdan sonra əsgərlərdən biri həmin polkovnikə “komandir heç olmazsa qolundan vuraydız” deyib”.

A.Tarverdiyevin olaydan sonra baş verənlərlə bağlı dedikləri də ilgincdir. Onun sözlərinə görə oğlunun vəziyyəti kritik olsa da buna müvafiq tibbi yardım göstərilmir: “Oğlum artıq neçə gündür komadadır. Komadan ayılmır. Gəncə qospitalındakı tibbi müdaxilə yetərli deyil. Çingizi Bakıya götürməlidirlər. Amma bunu etmirlər. Hərbi prokurorluq və hərbi hissənin də hadisəyə münasibəti çox müəmmalıdır. Oğlumun qanını batırmaq istəyirlər. Amma mən bu məsələnin tam araşdırılması və günahkarın öz cəzasını alması üçün hər şey edəcəm. Müdafiə Nazirliyinə və Prezident Adminstrasiyasına gedib öz etirazımı bildirəcəm”.

Əsgər atasının dediklərində kifayət qədər suallar doğuran məqamlar var. Bu suallara və ittihamlara cavab isə heç şübhəsiz müvafiq qurumların hadisə ilə bağlı rəsmi açıqlamasından sonra bəlli olacaq./mediaxeberleri/
815 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36
Göyçayda Uşaq X