Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Nifrətlə yüklənənlər

İllərdir Azərbaycanın mütərəqqi ziyalılarına, müstəqil jurnalistlərinə, parlaq gəncliyinə, istedali siyasətçilərinə Əliyev hakimiyyəti əsarətində olan hakimlər vasitəsilə saxta hökmlər oxutdurur. Müstəqlillikdən və vicdandan uzaq olan bu məhkəmə hakimləri, sifarişlə işləməkdə davam edirlər. Məhkəmə orqanının vəzifəsi ədalətin keşiyində durmaq və onu bərqərar etməkdir. Əslində bu prinsiplər, dəyərlərin hakim olduğu ölkələrə aiddir, hakimin hökm etdiyi Azərbyacan tipli ölkələrə yox. Elə bu səbəbdəndir ki, Azərbaycan xalqı illərdir ədalətsizliyə məruz qalır, haqqı tapdanır. Əvəzində isə hakimiyyəti idarə edən bu adamlar, etdikləri ədalətsizlikdən nəyinki vicdan əzabı çəkmir, belə olmalıymış kimi öz çirkin əməllərinə davam edirlər. İngilis yazıçısı Eduard Corc belə bir fikir söyləyib: "Vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır". Öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün 60 yaşlı bir qadını şərləyərək həbs edən rejimin dəyər, ədalət kimi müqəddəs anlayışlardan uzaq olması haqda uzun-uzadı danışmağqa ehtiyac yoxdur. Əslində, özünün zalım və məğlubedilməz imicini qoruyub saxlamaq üçün qadınları həbs etmək məğlubiyyətin, çöküşün müjdəçisidir.

Bir gənc kimi mənim ən böyük vəzifəm yaxşı təhsil almaqdır. Bəzən tənbəllik edib dərslərdə axsayanda, bunu gələcəyimə və valideyinlərimə haqsızlıq kimi dəyərləndirib, vicdan əzabında boğuluram. Bu, mənim üçün cəhənnəm əzabıdır. Daha sonra, bu hakimiyyətin xalqa qarşı etdiyi bütün haqsızlıqları gözlərim önündə canlandırıb, təəccüblənməyə, dəhşətə gəlməyə bilmirəm. Axi bir topluma dəhşət dolu illər yaşatmaq, onun ziyalı insanlarını məhv etmək üçün ən çirkin üsullardan istifadə etmək bu adamları heçmi düşündürmədi? Ədalətəsizlik ədalət, nifrət mərhəmət doğura bilməz. Kiçik bir qrupun böyük bir toplumu nifrətlə, ədalətsizliklə yükləməsi, yaşamlarına zəhər qatması heç kimə yaxşı sonluq vəd etmir./azadlıq/
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı