Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

Daha bir tələ - on-layn ticarət

“Azərbaycanda on-layn ticarət bazarında ciddi problemlər var”.

Bunu virtualaz.org saytına açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Təşkilat rəhbəri bildirdi ki, istehlakçıların hüquqları on-layn, yəni internet vasitəsilə ticarətlə məşğul olan firma və ayrı-ayrı şəxslər tərəfindən pozulur: “Ölkədə on-layn ticarətlə məşğul olan 22 firma var. Bundan əlavə, ayrı-ayrı şəxslər internet səhifəsi yaradaraq evində satdığı malları on-layn satışa çıxarır. Məhsuldan narazı qalan istehlakçı isə aldığı malı geri qaytara bilmir”.

E.Hüseynov onlayn vasitəsilə alınan malların 7 gün müddətində geri qaytarılmasının mümkün olduğunu dedi: “Müvafiq qanunvericiliyə əsasən istehlakçının internet vasitəsilə alınan mallları geri qaytarmaq hüququ var. Lakin istehlakçı malı əldən alır. Buna görə də bu sahəyə ciddi nəzarət edilməsinə ehtiyac var”.

Hüquq müdafiəçisi internet vasitəsilə alınan mallar üçün çek tələb olunmasını da tövsiyə edir: “Alınan malların müqabilində çek verməməklə vergidən yayınırlar. Alıcı malın keyfiyyətindən narazı olduqda isə ona kömək etmək çətinləşir”.
1991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:11