Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Özünü yandıran mikroavtobus sürücüsü palataya köçürülüb

"Özünü yandıran mikroavtobus sürücüsünü palataya keçirmişik. Hazırda vəziyyəti kafidir".

Bunu Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.

O bildirib ki, yuxarı tənəffüz yollarında yanıqlar olsa da xəstənin həyati təhlükəsi sovuşub. Baş həkimin sözlərinə görə, Arzuman Hümbətov hələ bir müddət həkim nəzarətində saxlanılmalıdır.

Qeyd edək ki, bir müddət öncə mikroavtobus sürücüsü Arzuman Hümbətov “20 Yanvar” dairəsinin yaxınlığında üzərinə benzin tökərək yandırıb. Sürücü ağır vəziyyətdə Respublika Yanıq Mərkəzində reanimasiyaya yerləşdirilib.

Onun üz, çənə və sinə nahiyəsinin yandığı məlum olub.

Bakıdan Sumqayıta işləyən mikroavtobus sürücüsünün nəqliyyat müfəttişləri tərəfindən döyülüb, təhqir edilməsindən sonra özünü yandırdığı bildirilir./ans/
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP