Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Azərbaycanda oğul atasını polisə verdi: "5 dəfə atəş açdı"

Ötən gün Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov Rayon Polis Şöbəsinə müraciət edərək, atası Əlifdən şikayət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, T.Hətəmov polisə müraciətində bildirib ki, fevralın 1-də atası Əlif sərxoş vəziyyətdə onun yaşadığı həyətə gələrək, tüfəngdən havaya 5 dəfə atəş açıb. Hadisə yerinə yollanan Ağcabədi RPŞ əməkdaşları oradan 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürüblər.

Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açmasını bildirib./lentaz/
687 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45