Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

Jurnalist Pərviz Həşimli aclıq aksiyasına başlayır

O, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq

Vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında jurnalist Pərviz Həşimli ilə görüşüb.

Elçin Sadıqov Pərviz Həşimlinin səhhətinin çox pis olduğunu deyib: “Mənə dedi ki, onun belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər".

Məlumata görə, o, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən aclıq aksiyasına başlayacaq.

Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi, müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılmasıdır.

Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə həbs olunub.Onlar qanunsuz silah və sursat saxlamaqda ittiham olunurlar. Jurnalist həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir./azadlıq/
1772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.1