Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

İŞİD-lə mübarizədə İrandan yardım alacağıq!

 İran bizə Amerikadan yaxındır!

Nur-az.com-un farsnews.com-a istinadən:
İraq Milli Məclisinin deputatı Mişan əl-Cəburi ötən şənbə günü bildirib ki, tezliklə “Səlahəddin” vilayəti tərəfindən heyətin İrana səfəri gözlənilir. O, bu səfərin məqsədini işğal olunmuş ərazilərdən İranın yardımı vasitəsilə təkfirçi-terrorist dəstələrindən təmizlənməsi kimi qeyd edib.
Cənab əl-Cəburinin fikrincə, bu iki ölkə birgə dini-məzhəbi və tarixi-coğrafi köklərə malikdir ki, İrandan yardım Amerikadan daha çox məqsədə uyğundur. Bu görüşdə iki dövlət arasında əlaqələrin genişlənməsi, o cümlədən, müqəddəs ziyarətgahlara gedən zəvvarlar üçün lazımi şəraitin təmini kimi məsələlər də müzakirə ediləcək.
O, deyib ki, ərəb ölkələrinin regionda baş verən hadisələrə laqeydliyi bizi iki ― Amerika və İrandan yardımla qarşı-qarşıya qoyduğu vaxt İranın bizə daha yaxın olduğunu nəzərə aldıq.
Bundan əvvəl də, İraqın baş naziri və prezidenti İŞİD tərəfindən ölkəyə ilk hücumlarda İranın yardımı haqda məlumat vermişdi.
787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber