Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Rusiyanın ilk hərbi yardımı Bağdad tərəfindən təhvil alındı!

Nur-az.com-un farsnews.com-a istinadən:
Bu gün İraqın hava qüvvələri Rusiyadan “gecə ovçuları” ləqəbli “Mİ-28” növlü hərbi vertolyotlarından ibarət ilk yardımı təhvil alıb. Bu təchizat yardımı iki ölkənin Müdafiə Nazirliyi arasındakı müqaviləyə əsasən həyata keçib.

Məlumat üzrə cari həftənin axırına qədər Rusiya tərəfindən neçə mərhələdə hərbi vertolyot təchizatının yollanılması gözlənilir. İraq bu avadanlıqları İŞİD-lə mübarizə üçün nəzərdə tutub.
Bu hərbi əlaqələr 2012-ci ildə İraqın sabiq baş naziri Nuri Malikinin Moskvaya səfəri zamanı iki ölkə arasında bağlanılan kontrakta əsasəndir. Müqavilə üzrə Rusiyadan 40 ədəd “MIH-28” və “MI-35” tipli vertolyotları və hava hücumlarına qarşı 42 ədəd “Pantsyr-S1” növlü qurğularının ekspedisiyası nəzərdə tutulub. “MIH-28” tipli vertolyot təchizatı keçən ay yanvarda İraqa təhvil verilib.
712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber