Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Diktator İslam Kərimov komaya düşdü

Özbəkistan müxalifətindəki mənbələr prezident İslam Kərimovun komaya düşdüyünü xəbər verir.

NEWSru.com saytı xəbər verir ki, “Özbəkistan xalq hərəkati”nın Daşkənddəki mənbələri dövlət başçısının səhhətinin yanvarın 28-də kəskin pisləşdiyi və bundan sonra onun komaya düşdüyü xəbərini yayıblar. Amma məlumat hələlik rəsmən təstiqlənməyib.

Bu xəbər Özbəkistandakı prezident seçkiləri ərəfəsində yayılıb. 77 yaşlı İslam Kərimovun səhhətinin yaxşı olmadığı barədə bundan əvvəl də şayiələr var idi. Özbəkistan dövlət başçısı bu seçkilərə ailəsində baş verən ciddi qalmaqallar fonunda iştirak edəcək. Onun böyük qızı, bir vaxtlar hakimiyyətinin varisi hesab olunan Gülnarə Kərimova atasının hakimiyyətinə qarşı çıxışlarından, hakim ailə daxilində baş verənləri açıqladıqdan sonra bir ildən çoxdur ki, Daşkənddə ev dustağı kimi saxlanınılır.
842 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı