Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Fələstin İsveçdə səfirlik açdı

İsveç Fələstini dövlət kimi tanıdığını bəyan edəndən sonra Fələstin bu ölkəyə səfir göndərib. Artıq İsveç kralı, Fələstinli səfir Hala Hüsni Farizin etimad məktubunu qəbul edib. Səfir Hüsni Fariz, Fələstin səfirliyi qarşısından kral sarayında xidmət keçən 2 əsgər tərəfindən qarşılanıb və Xarici İşlər Nazirliyi önünə qədər onların müşaiyyətilə hərəkət edib. Səfir daha sonra İsveç Xarici İşlər Nazirliyi qarşısından faytona minərək, İsveç Kral Sarayına gəlib. Saray süvariləri tərəfindən qarşılanan səfir Fariz, Kral Gustava etimad məktubunu təqdim etdikdən sonra saraydan ayrılıb.
768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP