Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Fevral 2015

Putin təcili çağırış etdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində qarşıdurmaların dayandırılması üçün atəşkəs çağrısı edib.

Bu barədə məlumat verən Kremlin mətbuat müşaviri Dmitri Peskov Donbasda davam edən vətəndaş müharibəsinə görə Putinin narahat olduğunu bildirib.

Kremldən olan mənbənin İTAR-Tass-a verdiyi məlumata görə isə separatçılar anlaşma imzalamağa hazır olduğunu deyib. Mənbə onu da bildirib ki, bununla belə, separatçılar indiki şərtlərə də razı deyil.

Bildirək ki, separatçıların əsas şərtinə Kiyevin Minsk danışıqları üçün separatçılardan ibarət rəsmi nümayəndə təyin etməsi, məskunlaşma ərazilərinə qarşı hücumların dayandırılması və ağır çaplı silahların yığışdırılması daxildir./axar/
854 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...