Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2013

“Bilmirəm aqibətimiz necə olacaq”

Məhbus bloqçunun xanımı: “Bilmirəm aqibətimiz necə olacaq”

Məhbus dini bloqçu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova “Media forum” saytının suallarını cavablandırıb.

Rəşad Ramazanov mayın 9-da həbs edilib. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

1982-ci ildə Masallı rayonunda anadan olan Rəşad Ramazanov Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Qarabağ Azadlıq Təşkilatının üzvüdür. Sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb. Rəşad Ramazanovun 6 aylıq oğlu, 5 yaşında qızı var.

- Rəşad Ramazanova 9 il iş kəsildi. Bu qərarı gözləyirdinizmi?

- Şəxsən mən 9 ildən də yuxarı həbs verilməsini gözləyirdim. Çünki bu iş əvvəlcədən qərəzli başlanmışdı. Mən bu işi quranlardan heç bir haqq-ədalət gözləmirdim. Rəşadın anası Zemfira Əkbərova oğlunun əfvi üçün prezidentə müraciət etdi. Anası bu dövlətə xidmət etmiş bir ziyalı olsa da, bilirdim ki, müraciətin heç bir nəticəsi olmayacaq. Bu da Rəşada olan qərəzdən irəli gəlir. Mən düşünürəm ki, Rəşadı heç cür əfv etməyəcəklər.

- Dolanışığınız necədir? İki körpə uşağınız da var...

- Özüm də bilmirəm aqibətimiz necə olacaq. O qədər sarsıntı keçirmişəm ki... Mənim iki uşağımın taleyi necə olacaq? Qızım gələn il məktəbə getməlidir. Mən onu hansı məktəbə qoyacam, necə olacaq bütün bunlar, bilmirəm.

- Xaricdən sığınacaq almaq üçün xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət etmək istəyirdiniz. Müraciəti göndərmisinizmi?

- Bəli, ABŞ, Norveç və İsveçin səfirliklərinə müraciət göndərmişəm. Müraciətdə Rəşadın siyasi fikirlərinə görə şərlənib həbs edildiyini, öhdəmdə iki azyaşlı uşaq olduğunu və bu ölkədə - Azərbaycanda yaşamağımın artıq mümkünsüz olduğunu qeyd etmişəm.
1774 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi