Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

İcra başçısı 20 min manata ov iti alıb

İnsanlar acından ölməmək üçün gecə-gündüz çalışır, amma harınnamış icra hakimi millətin pulunu ingilis itlərinə xərcləyir...

Abidin Fərzəliyevin İngiltərədən gətirdiyi heyvana elə ingilis təlimçi qulluq edəcək

Ov həvəskarı olan Nərimanovun icra başçısı Abidin Fərzəliyev növbəti mövsümə hazırlıq üçün bir sıra addımlar atmağa başlayıb. İcra başçısı ovda istifadə etdiyi itlərin sayını artıraraq, onların arasına daha bir yeni cins heyvan əlavə edib.

Məlumatda deyilir ki, Fərzəliyevin yeni cins ov iti İngiltərədən gətizdirilib. Və onun qiyməti 20 min manata yaxındır. Bu heyvanın saxlanılması və təlim görməsi üçün də elə həmin ölkədən təlimçi dəvət edilib. Onun da hər ay heç də kiçik olmayan məbləğlərdə əmək haqqı alacağı vurğulanır.

Bu əsnada bildirək ki, Abidin Fərəzliyevin bundan əlavə daha bir-neçə cins ov itləri var. Onların aylıq qida və saxlanma xərclərinin on min manatdan çox olduğu iddia edilir. Vurğulanır ki, icra başçısının ovda əsas köməkçiləri olan bu heyvanlarla pis davranmaq qəti qadağandır. Əgər belə bir hal baş verərsə, Fərzəliyev onları ən ağır formada cəzalandırar./jam.az/
780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.1