Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

Hünərləri çatmaz! Çünki, Eldar İbrahimov YAP-çıdı

Noldu?.. Mən bəzi Dövlət Yol Polisi müfəttişləri haqqında yazanda,onların etik davranış qaydalarına əməl etmədiklərini, sürücülərlə kobud rəftar etdiklərini dilə gətirəndə üstümə töklüşdülər?! İndi niyə dillənmirlər? Hə, Zahidov cənabları, Gözəlov, Usubov cənabları, eləcə də Elçin Mirzəbəyli, Əli Əliyev, ,Siyavuş Novruzov kimi digər paqonlu-paqonsuz cənabcığaz-cığallr,- nədən susursunuz? Dillənin də! Bu dəfə düz sözü müxalif fikirli insan demədi deyə, lalmı oldunuz? Mən: "...bəzi polis işçiləri dana oğrusunu xatırladır" dedim, E.İbrahimov isə onların əsl DANA olduğunu Milli Məclis səviyyəsində bəyanladı.

Millət vəkili onları bir başa təhqir etdi- lap belə əcəb də elədi- qoy onu da məhkəməyə çəksinlər, xüsusi ittiham qaydasında barəsində cinayət işi açsınlar, cəza kəssinlər- 480 saat ictimai işə cəlb etsinlər, ölkədən çıxışına yasaq qoysunlar, məcburi şəkildə 1000 manat ödətsinlər, arxasınca çuğullar salıb qaraba-qara izlələtsinlər!.. Etməzlər. Edə bilməzlər! Hünərləri çatmaz! Çünki, Eldar İbrahimov YAP-çıdı, çünki Eldar İbrahimov millət vəkilidi, əli hər yerə çatır. Çünki DYP İdarəsinin biabırçı fəaliyyəti üzqarasıdır və bu qurum bəzi səviyyəsiz, mədəniyyətdən, peşəkarlıqdan, ən əsası isə QANUNUN aliliyindən bixəbər adamların səriştəsiz idarəçiliyi altındadır. Dillənsələr, -bütün paxırları açılacaq, mahiyyətləri,nəyə qadir olduqları aşkarlanacaq! İnsanları "sort"lara bölmələri, vətəndaşlara Qanun qarşısında bərabər hüquq vermədikləri, Konstitutsiyada təsbit edilən hüquq və azadlıqlara sayğısızlıqları və s. və i.a. üzə çıxacaq!..

Bəli, qüsurlu dairə belə qapanır. Dairə isə,bildiyiniz kimi, eyni zamanda ortası boş olan bublikə bənzəyir... Hüquqi nihilizmi ehtiva edən DYPİ-nin yaratdığı belə boşluqların Azərbaycan Dövlətçiliyinə xələl gətirməsi haqda isə, məncə, fikir ayrılığı ola bilməz!..

Eldəniz Quliyev
980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber