Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

"İŞİD"in misirli komandiri 1 milyard lirə "zəkat" pulunu götürərək Suriyadan qaçıb

"İŞİD" terror təşkilatının Əbu-Ubəydə ləqəbli misirli komandiri Suriyanın Dirazzur şəhərində yığılan və ümumi məbləği yerli valyuta ilə təqribən 1milyard lirəyə (təqribən 4 milyon dollar) çatan “zəkat” pulunu oğurlayaraq ölkədən qaçıb.

İnterAz-ın "skynews"-a istinadla verdiyi xəbərə görə, sözügedən məbləğ Dirazzur əyalətinin İraqla sərhəddə yerləşən əl-Məyadin şəhərinin tacirlərindən və sahibkarlarından “zəkat” adı altında yığılıbmış.

Bildirilib ki, Əbu-Ubəyda Dirazzurun ətraf bölgələrində “zəkat divanı”nın rəhbəri imiş.

Bildirək ki, bundan öncə Dirazzurda "İŞİD"in Əbu Əli Hərbi adlı Səudiyyə Ərəbistanlı “qazi”si də yerli əhalidən müxtəlif bəhanələrlə yığılmış külli miqdarda pulu götürərək Suriyadan qaça bilmişdi. Ondan əlavə, digər bir terrorçu komandir 185 milyon Suriya lirəsini oğurlayaraq qaça bilib.

Bu arada, İraq və Suriya mənbələri son həftələrdə "İŞİD" liderilərinin kütləvi qaçışları barədə müxtəlif xəbərlər veriblər.
667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP