Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

İordaniya ABŞ-ı günahlandırıb

İordaniya tərəfi İŞİD yaraqlıları tərəfindən vəhşicə yanırılaraq öldürülən pilotun taleyinə görə Amerika Birləşmiş Ştatlarını (ABŞ) təqsirkar bilir.

İordaniya siyasi partiyalar və parlament işləri naziri Xəlil Atiyyə İŞİD terror qruplaşmasının Muaz əl Kəsasibəni diri-diri edam etməsi, öldürməsi məsələsində ABŞ-ı suçlayıb. O, bu barədə parlamentdə etdiyi çıxışında deyib.

İordaniyalı nazir bildirib ki, iordaniyalı pilot ABŞ-ın rəhbərliyi ilə icra edilən koalisiyanın hava hücumunda iştirakı zamanı girov düşmüşdü və onun təhlükəsizliyinin qorunmamasına görə ABŞ cavabdehdir.

Digər tərəfdən isə iordaniya əhalisi sözügedən edam xəbərindən sonra ayağa qalxıb. Ölkənin dör bir tərəfində etiraz çıxışları və saxlanılan İŞİD-çilərin edam edilməsi tələbləri səsləndirilir. Etirazçılar Ey və Əl-Mazar şəhərlərində bir neçə inzibati binanı yandırıblar.
953 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 15:28