Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

İŞİD cəlladının izi görünmək üzrədir!

Bazar ertəsi İngiltərənin “Deyli Teleqraf” qəzetində yayılan məlumatda ölkənin müfəttişliyi tərəfindən axtarışda olan İŞİD-in ən qəddar üzvlərindən sayılan terrorist Conun izinə düşmə ehtimalı dərc edilib.

Hadisədə heç bir rolu oymayan Daniyal Davner adlı şəxs iki il əvvəl Suriyaya gedən Nero Sraviya tərəfindən məktub alıb ki, bu şəxs İŞİD-in girov əməliyyatlarında edamlardan birinin şahidi olub.
Xəbərdə qeyd edilir ki, Sraviya “Twitter”dəki şəxsi səhifəsində bir tüfəng və həmçinin “Glück 19” növlü bir tapancaya malik olduğunu bildirib ki, onun növü terrorist Conun silahı ilə uyğun gəlir. Con İŞİD-in bir çox edam əməliyyatlarında, o cümlədən Alen Hinq və Devid Hansın qətlində birbaşa rol oynayır.

Sraviyanın göndərdiyi məktubdakı fotoşəkilə əsasən, onun şərq ölkələrinə mənsub bir məntəqədə olduğu müşahidə olunur. O, özü etiraf edir ki, İŞİD-in tərəfdarlarındandır. Bu şəxs Anqolada dünyaya gəlib və adət üzrə katolik kilsəsinə uyğun xaç suyuna salınıb. Sonralar ailəsi ilə birgə Portuqaliyaya köçmüş və daha sonra İngiltərəyə mühacirət etmişlər.
Məsihi əqidəli Sraviya bir müddət İngiltərənin “Walthamstow” kilsəsində xidmət və ibadətə qapılsa da, 2012-ci ildən etibarən onda baş qaldıran ifrat təfəkkür tərzi nəticəsində Suriyaya mühacirət etmiş və orada ailə sahibi olduğu qeyd edilir.

İngiltərə polis agentliyi Sraviyanın ictimai şəbəkələrdəki rabitəsini izləyərək onun barəsində dəqiq məlumat toplamaq qəsdindədir.

Nur-az.com


773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...