Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

Bakıda dəhşətli ailə faciəsi

Arvadına olmazın işgəncəsini verdi 

Hadisə vaxtı evdə körpə uşaqlar olub

Bakının Nərimanov rayonunda törədilmiş dəhşətli qətlin detalları hüquq-mühafizə orqanlarının da əməkdaşlarını şoka salıb. Vesti.az-ın məlumatına görə, dünən Çəmənzəminli küçəsində baş vermiş hadisə yerinə gələnlər 33 yaşlı Qurban Kazımovun həyat yoldaşına etdiklərindən dəhşətə gəliblər. O, arvadının yalnız başını deyil, cinsiyyət orqanını da kəsib. Sonra isə arvadının qaşlarına yapışdırıb.

Bütün bunlar evdə iki azyaşlı uşaq ola-ola baş verib. Q.Kazımov uşaqları qonşu otaqda çarpayıya bağlayıb. Sonra isə keçmiş arvadını amansızlıqla qətlə yetirib.

Bildirilir ki, cinayətə səbəb 28 yaşlı N.M-in davranışı olub. Cütlük məhkəmə yolu ilə rəsmən ayrılsa da, onlar elə məhkəmənin qərarı ilə bir mənzildə yaşayıblar.

Dindirilmə zamanı Q.Kazımov deyib edib ki, qonşuların onun keçmiş arvadının davranışına dair ikimənalı atmacalarından bezib. Fevral ayının 2-də gecə saatlarında evə gələrək o, keçmiş həyat yoldaşı ilə mübahisə edib. O, hələ də bir evdə yaşadıqları üçün N.M-dən özünü buna uyğun aparmasını tələb edib. Qadın isə cavab olaraq azad olduğunu, istədiyi kimi davranmaq ixtiyarında olduğunu bildirib. Nəticədə özündən çıxan Q.Kazımov belə bir cinayət törədib.
729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı