Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

Türkiyə lirəsi can üstündə

Türkiyə lirəsi sürətlə dəyər itirməkdədir.

Mərkəzi Bankın erkən faiz endirimlərinin ortadan qaldırılmasından sonra lirənin dollara nisbətən məzənnəsi 2,4-ə yüksəlib. Bunun ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mərkəzi bank barədə verdiyi açıqlamasından sonra lirənin məzənnəsinin qiyməti 2,45-ə qədər aşağı düşüb. Bu isə rekord göstəricidir.

İndiyə kimi bir dollar lirə nisbəti 2,4483 olub. Bundan sonra görülən tədbirlər nəticəsində nisbət 2,39-a qədər aşağı salınmışdı.

Mütəxəssislər Türkiyədə dolların daha da bahalaşacağı proqnozunu veriblər. Belə ki, məzənnə nisbətinin 2,5-a çatacağı gözlənilir.

Qeyd edək ki, Ərdoğan faizlərin inflyasiyaya görə tənzimlənməsini tənqid edərək bildimişdi ki, Mərkəz Bank müstəqil olduğu üçün bu vəziyyət yaranıb.

Türkiyəli bankirlər Ərdoğanın faizlər barədə dediklərinin yox, Mərkəzi bank barədə ittihamlarının bazara mənfi təsir tediyini bildiriblər./ans/
764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber