Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Fevral 2015

ABŞ belə təhdid edilməmişdi

Şimali Koreya ABŞ kimi "qanqster"lə bir araya gəlməyəcəyini bəyan etməklə yanaşı Vaşinqtonu müharibə ilə təhdid edib.

Şimali Koreya Müdafiə Komissiyası tərəfindən verilən açıqlamada ABŞ-ı ittiham edib: "İmperialist ABŞ kimi qanqsterlərin Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı hərbi strategiyası müharibə çıxaracaq səviyyəyə gəlib. Şimali Koreya ordusunun və xalqının buna cavabı ABŞ-a ən acı fəlakətləri yaşatmaq olacaq. ABŞ ərazisində görəcəyi ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir".

Şimali Koreya lideri Kim Çen İnın istəyi ilə verildiyi ehtimal olunan açıqlamada ABŞ-ın Cənubi Koreya ilə ortaq hərbi təlimlərinin Koreya yarımadasını müharibəyə sürüklədiyi bildirilib. Və açıq mətnlə qeyd olunub ki, Şimali Koreya ideologiyasını yox etməyə və hakimiyyəti devirməyə çalışan ABŞ-la müzakirə masasına oturmağa nə ehtiyacları, nə də istəkləri var.

İki ölkə arasındakı onsuz da pis olan əlaqələr ABŞ-ın keçən ay "Soni" şirkətinə edilən kiber hücumlara görə Şimali Koreyanı günahlandırmasından sonra daha da gərginləşib. Həmçinin
ABŞ prezidenti Barak Obamanın yanvarın 22-də verdiyi müsahibədə Şimali Koreya rejiminin çökəcəyini söyləməsindən sonra Kim Çen In ona təhqirlə cavab vermişdi. Koreya lideri ABŞ-ı nüvə silahı ilə təhdid etmişdi.

Buna qədər isə ABŞ-la danışıqlara başlamağa "yaşıl işıq" yandıran Şimali Koreyanın görüşün öz ölkəsində keçirmək israrı danışıqların ləğv edilməsinə səbəb olmuşdu./ans/
858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi