Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

Xərçəng hüceyrələri ilə mübairizə aparan çay

Yaşıl çayın ağız hissəsindəki xərçəng hüceyrələrini məhv etdiyi və sağlam hüceyrələrin yaranmasına yardımçı olduğu elmi araşdırmalarda sübut edilib.

Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Pensilvaniya Universiteti tərəfindən aparılan tədqiqatda yaşıl çayın ağız bölgəsindəki xərçəng hüceyrələrini məhv etdiyi və onların yerinə sağlam hüceyrələrin yaranmasına yardımçı olduğu müəyyənləşdirilib.

Pensilvaniya Universitetinin araşdırma qrupu yaşıl çayın xərçəng xəstəlikləri hüceyrələrini azaltdığını sübut edib. Onların fikrincə, yaşıl çayın faydası bununla da bitmir. Çay sağlam hüceyrələrin sayında artıma səbəb olur.

Coşua Lambert hesab edir ki, yaşıl çayın xərçəngin həm müalicəsində, həm də orqanizmin xərçəngə qarşı müqavimətinin təşkilində mühüm rol oynayır. Üstəlik, kimyəvi terapiya kimi əks təsirləri olmadığı üçün hər kəs qəbul edə bilər.

Xatırladaq ki, yaşıl çayın xərçəngin müalicəsində effektli olduğu ilk dəfə 2002-ci ildə aparılan tədqiqatda irəli sürülmüşdü.
896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber