Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

Masallıda 20 qəpiklik çörək 70 qəpiyə sənədləşdirilir

Masallı rayonunda İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə 62 min manat ərzaq məhsulları alınması üçün pul ayrılıb. Bu qədər vəsait təkcə yarım il üçün nəzərdə tutulandır. "MÜB-AL 2012" MMC-nin “qalib gəldiyi” tender sayəsində büdcənin 62 min manatının nəyə xərcləndiyi isə bəlli deyil. Bu barədə Masallıdakı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, ərzaq məhsulları əsasən bağçaların saxlanılması üçün nəzərdə tutulub. Lakin Masallı şəhərində uşaq bağçasının varlığından kimsənin xəbəri yoxdur. Düzdür, sovet dönəmində uşaq bağçaları vardı, hətta kəndlərdə də belə sahələrin fəaliyyət göstərdiyi sənədlərdə göstərilirdi. Ancaq hazırda onların yalnız adı var, fəaliyyətləri isə yoxdur.

Masallı İcra Hakimiyyətinin hər il dövlət büdcəsindən bu məqsədlə yüz minlərlə manat pul alması isə aydın məsələdir ki, yeyinti xarakteri daşıyır.
Ərzaq məhsullarının satın alınmasında rəqəmin belə böyük alınmasının da ayrıca səbəbləri var. Belə ki, Masallı rayonunda alınan çörəyin qiyməti sənədləşdirmədə ən aşağı halda 70 qəpik olaraq göstərilir. Halbuki rayonda yüksək keyfiyyətli təndir çörəyinin qiyməti 50 qəpikdən yuxarı deyil. Hərçənd tender üzrə çörəyin alınması isə Masallının icra başçısı Rafil Hüseynovun şəriki olduğu Çörək Zavoduyla həyata keçirilir. Bu zavodun istehsal etdiyi çörəyin qiyməti isə açıq satışda 20 qəpikdir.

Faktla bağlı rayon icra hakimiyətinin mövqeyini öyrənmək cəhdləri baş tutmadı. İcra apartında faktı şərh etməkdən imtina etdilər./istiqlal/
760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...