Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

Müfti Putundən hicabla bağlı xahiş etdi

Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin prezident Vladimir Putinə ünvanladığı açıq məktubunda müsəlman qızların məktəblərə hicabda gəlməyə icazə verməsini xahiş edib.

"Sizə bir dini xadim və ata kimi müraciət edirəm: bizim ənənəvi dəyərlərimizin müdafiəsinə qalxın, qızlarımızı və qız nəvələrimizi müdafiə edin - bizim gözəl və qüdrətli Avrasiya dövlətimizin gələcəyini qoruyun", - məktubda deyilir.

Məktubun mətni Müftilər Şurasının vebsaytında dərc olunub.

Fevralın 11-də Rusiya Ali Məhkəməsi müsəlman məktəbliləri valideynlərinin Mordoviya məktəblərində baş örtüyünə qoyulan qadağadan etdikləri şikayətlərinə baxacaq. Ötən ilin oktyabr ayında Mordoviya respublikasının Ali Məhkəməsi qız şagirdlərə məktəbə hicabda gəlməyi qadağan edən qərar çıxarmışdı.
790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP