Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

Kürdlər Kobaninin 50 kəndini "İŞİD"dən geri alıblar

Kürdlərin "YPG" qüvvələri “peşmərgə” və müttəfiqlərin dəstəyi ilə son 10 gün ərzində Kobani ətrafında 50 kəndi geri alıblar.

İnterAz-ın Suriya İnsan Hüquqları Müşahidə Qrupuna (SİHMQ) istinadla verdiyi xəbərə görə, kürdlər hazırda irəliləməkdədir və "İŞİD" onlara müqavimət göstərmir.

Xatırladaq ki, kürdlər Kobani şəhərini dörd ay davam edən döyüşlərdən sonra ötən ayın 26-da geri almışdı.

Suriyadakı döyüşlər ölkənin digər əyalətlərində də davam edib. Məlumata görə, Suriya silahlı qüvvələrinin Dəməşq, Şərqi və Qərbi-Qutanın əz-Zəbədani, Duma və Cobar kimi bölgələrində həyata keçirdiyi hücumlarda təkfirçi qruplar xeyli itki verib. Təkcə Cobarda 14 silahlı məhv edilib.

Suriya ordusunun hücumlarının ardından silahlılar bu gün səhər paytaxt ərazisinə onlarla raket atıblar.
1060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
Go to TOP