Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

Misir məhkəməsi 229 vətəndaşa ömürlük həbs cəzası verib

Qahirənin cinayətlər məhkəməsi 2011-ci ilin dekabrında nazirlər kabineti qarşısında toqquşmalarda və iğtişaşlarda təqsirləndirdiyi 230 vətəndaşa ömürlük həbs cəzası verib.

İnterAz-ın "əl-Cəzirə"-yə istinadla verdiyi xəbərə görə, ömürlük həbsə məhkum edilmişlərin arasında bir sıra siyasi fəallar da var. Məhkəmə qərarı ilə məhkumlar həmçinin, ümumilikdə, 2.2 milyon dollar məbləğində nağd cərimə ödəyəcəklər.

ABŞ-ın xarici işlər nazirliyi Qahirə məhkəməsinin bu qərarını qınayıb və mühakimənin yenidən ədalətli şəkildə aparılmasıni istəyib.

Beynəlxalq Əfv təşkilatı da öz növbəsində Misir məhkəməsinin addımını pisləyib.

Qeyd edək ki, Misir məhkəməsi üç gün öncə ölkədə əl-Kədasə kimi tanınan hadisələrdə təqsirləndirdiyi 183 nəfər barədə edam hökmü verib ki, bu da, ölkə və dünya miqyasında ciddi qınaqlara səbəb olub.
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP