Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

14 saylı “zon”da gərginlik davam edir

Məhkumlardan zorla ifadələr alınır; “tubzon”da saxlanılan hicab məhbusu işgəncələrə məruz qalıb

14 saylı cəzaçəkmə müəssisəsində məhbusların qiyamından ay yarım vaxt ötür. Bu müddət ərzində müəssisə əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalaraq öldürülən məhbus Elşad Babayevin məsələsi isə demək olar ki, qapadılıb.

Məhkumların yaxınları iddia edir ki, üsyanda iştirak edən və etməyən bütün məhbuslara qarşı kütləvi şəkildə işgəncələr hələ də davam edir. Cinayət işini ört-basdır etmək üçün məhkumlardan zorla ifadələr alınır. İfadə verməyənlər ya incidilir, ya da vərəmli xəstələr üçün nəzərdə tutulan və “tubzon” adlandırılan 3 saylı müəssisəyə köçürülüblər.

“Tubzon”da saxlanılan hicab məhbusu Araz Quliyevin qardaşı Anar Quliyev musavat.com-a açıqlamasında son durumla bağlı bunları dedi: "“Tubzon”a aparılandan sonra heç bir yenilik yoxdur. Hazırda orada əvvəlki qaydada saxlanılır. Görüşə icazə verilmir. Vəkil bir dəfə görüşüb. Hadisədən sonra qohum-əqrəbanın təkidi ilə bir dəfə görüşmüşük. Mətbuata bu barədə açıqlama vermişik. Əlaqə saxlamaq mümkün deyil. Telefonla danışacağını deyirlər. Amma hələ də danışmayıb. Görüşdə biz hər şeyin şahidi olduq. 6 nəfər nəzarətçi başının üzərində dayanmışdı. Hiss olunurdu ki, heç nə deməməsi barədə tapşırıq verilib. Sorğu-sualımıza cavab vermirdi. Qısa danışırdı. Vəziyyəti o qədər pis idi ki, özünü oturduğu stulda zorla saxlayırdı. Çox arıqlayıb. Görüşümüz cəmi yarım saat çəkdi. Hadisənin üstündən xeyli vaxt keçib. Bu müddətdə yalnız bir dəfə görüşmək çox şeydən xəbər verir. Hiss edirik ki, nəsə gizlədilir".

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan digər məhbus, Müsavat başqanının müavini Yadigar Sadıqov tibb müəssisəsinə köçürülüb. Başqan müavininin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah qiyamdan sonra müəssisə daxilindəki vəziyyətdən danışdı: “Yadigar Sadıqov Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Məlum hadisədən sonra onunla görüşmüşəm. Yadigar bəy o proseslərdə hər hansı bir formada iştirak etməyib. Müşahidələri bundan ibarət olub ki, Elşad Babayevin öldürülməsindən sonra məhbuslar etiraz ediblər. Nəticədə müəyyən yerlər dağıdılıb. Ondan sonra müəssisə daxilində ümumi rejim sərtləşdirilib. Telefon danışıqları dayandırılıb. Məhbusların kameraları nəzarətə götürülüb. Başqa heç bir məlumat almaq mümkün olmayıb”. /musavat/
831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:49
Mosulun az