Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

Hizbullah İŞİD-in komandirlərindən birini əsir tutub!

Nur-az.com-un qasemsoleimani.ir-a istinadən:

Livanın informasiya vasitələrində yayılan son xəbərə əsasən, İŞİD-in Suriyadakı “Əhrar əl-Şam” dəstəsinə başçılıq edən “Şeyx əl-Ərrabi” ləqəbli Şeyx əl-Cəbəl Dəməşqin qərbində Müqavimətin mübarizləri tərəfindən əsir tutulub. Onun təkfirçi-terrorist dəstələri komandirləri içrə ən fəal şəxslərdən biri sayıldığı qeyd edilir.
“Əl-Əxbar” qəzetinin verdiyi məlumata görə, bu şəxs əl-Nüsrət cəbhəsi ilə Əhrar əl-Şam dəstəsi arasındakı rabitələrdə mühüm rola malik imiş və “Zibdani”nin dağlıq məntəqələrində Suriya ordusu ilə döyüşlərdə terrorist dəstələrinə başçılıq edirmiş. Həmçinin onun bir sıra hərbi yoxlama məntəqələrində partlayış əməliyyatlarında əli olduğu vurğulanır.

Ümumiyyətlə, onun Suriyada hökm sürən böhranlı vəziyyətdən etibarən Zibdanidə heç vaxt əldə edilməyən hər hansı müzakirə və sülh danışıqlarında əks mövqe seçən ən radikal ünsürlərdən biri olduğu deyilir.



960 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı