Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2015

İŞİD terrorçuları İraqın cəbhə bölgələrindən qaçır

Nur-az.com-un qasemsoleimani.ir-a istinadən:
İraqın ordu qüvvələri və xalq kütlələrindən ibarət könüllü dəstələrinin şimal bölgələrində birgə irəliləyişi nəticəsində İŞİD-in qüvvələri günü-gündən geri çəkilmək üzrədir.

Könüllü dəstələrin komandiri Qədir əl-Cəlifi bildirib ki, döyüşlərdə qazanılan müvəffəqiyyətlər nəticəsində artıq əl-Rəmadi şəhərinin qərbi terrorist qüvvələrindən təmizlənib. Bu irəliləyişlərdən sonra bir çox məntəqələrdə İŞİD-in üzvlərinin ağır silah-sursatını ataraq dəstə-dəstə düşərgələrini tərk etdiyinin şahidiyik. Odur ki, hazırda onlardan külli miqdarda yararlı hərbi qənimət əldə edilib.

İraqın ordu komandirlərindən birinin verdiyi məlumata əsasən, son qəfil hücumlardakı müvəffəqiyyətlər kəşfiyyat orqanlarının İŞİD-in dəstələri arasında rabitələri haqda kəsb etdiyi çox dəqiq məlumatın sayəsindədir. Onların sıralarına nüfuz etməklə toplanılan dəqiq məlumat hər hansı əməliyyata qarşı ordu qüvvələrinin düzgün perspektiv götürməyinə imkan verir.
800 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...